Lukaşenko ilə Putin arasında görüş keçirilib

Lukaşenko ilə Putin arasında görüş keçirilib backend

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edib.

Trend-in məlumatına görə, bu, onun avqustda prezident seçkilərində qalib gəldikdən sonra ilk xarici səfəridir.

Hazırda Soçi şəhərində A.Lukaşenko ilə rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar keçirilir.

Danışıqlar zamanı ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik məsələləri müzakirə olunub.