Rus gəmiləri Kipr limanına daxil olur - Pompeo

Rus gəmiləri Kipr limanına daxil olur - Pompeo backend

ABŞ Dövlət katibi Mayk Pompeo Suriyaya gedən Rusiya gəmilərinin Cənubi Kipr limanına girməsi ilə bağlı narahatlığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.

Diplomatın sözlərinə görə, o bu məsələni Cənubi Kipr Prezidenti Nikos Anastasiadis ilə müzakirə edib.

“Rusiyadakı çirkli pulların yuyulması ilə bağlı fəaliyyəti, həmçinin rus gəmilərinin müntəzəm olaraq burdakı limanlara girişi ilə əlaqədar rəsmi Vaşinqtonun narahatlığını dilə gətirdim.

Kipr limanlarında dayanan Rusiya hərbi gəmilərinin Suriyada humanitar tapşırıqları yerinə yetirmədiyini hamımız bilirik. Kipr prezidentindən bu məsələni nəzərə almasını xahiş etdik,” - Pompeo bildirib.