Trampın “heç kimə bəlli olmayan” silahının nə olduğu üzə çıxdı

Trampın “heç kimə bəlli olmayan” silahının nə olduğu üzə çıxdı backend

ABŞ Prezidenti Donald Trampın nə Rusiyada, nə də Çində bənzəri olmadığını söylədiyi silahı çox güman ki, W76-2 nüvə başlıqlarıdır.

Qazilər.az xəbər verir ki, bu barədə “Popular Mechanics” nəşri yazıb.

“Çox güman ki, prezident “Trident D-5” ballistik raketlərində yerləşdirmək üçün nəzərdə tutulan W76-2 nüvə başlıqlarını nəzərdə tutur”, - deyə nəşr bildirib.

Sözügedən raketləri sualtı gəmilərdən buraxmaq mümkündür. Ekspertlər qeyd edir ki, bu cür başlığın partlaması nəticəsində yaranan güc Xirosimaya atılmış nüvə bombasından altı dəfə güclü ola bilər.

Oxu.az