Türkiyə ilk dəfə olaraq TEBER lazerlə idarəolunan döyüş başlığını “Aksunqur” PUA-sından atıb.
Axar.az xəbər verir ki, bunu müdafiə sənayesi üzrə türk ekspert Qədir Doğan ölkə mətbuatına açıqlamasında deyib.O bildirib ki, bu təşəbbüslə Türkiyə terrorla mübarizədə yeni səhifə açacaq və PUA texnologiyasında müsbət nəticələr əldə edəcək:
“Türkiyə bu texnikadan əvvəl F-16 və F-4 qırıcılarında çox istifadə edib. F-16 və F-4 kimi platformaların vahid əməliyyat xərcləri olduqca yüksəkdir. Ancaq PUA-larda belə deyil. Biz uzun müddət ərzində bir çox PUA-lara bu platformaları inteqrasiya edib istifadə edə bilərik”.