Tələbələr qarşısında çıxış edən Fransa prezidenti Emmanuel Makron davamlı öskürməyi ilə diqqət çəkib.
Qazilər.az bildirir ki, xəbəri “Ouest-France” agentliyi yayıb.Fransa prezidenti maskanı çıxaraq su içib və çıxışını davam etməzdən əvvəl təzə maska taxıb.
“Nəfəsimə nə isə getdi və öskürdüm. Buna görə maskamı daha yüngülü ilə dəyişdirməyə qərar verdim”, - deyə Makron hərəkətini izah edib.
Fransa prezidenti əlavə edib ki, bir neçə gün əvvəl koronavirus testindən keçib və nəticələr mənfi olub.