Türkiyə Silah Qüvvələrinin Suriyada xidməti vəzifəsini icra edən briqada generalı Sezgin Ərdoğan ürək tutması nəticəsində vəfat edib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.Nazirliyin açıqlamasında bildirilib ki, 2020-ci il sentyabrın 9-da general Suriyanın İdlib bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən özünü narahat hiss edib: “O, xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.