İŞİD Türkiyə sərhədinə hücum etdi

İŞİD Türkiyə sərhədinə hücum etdi backend

İŞİD terror təşkilatı Türkiyənin Kilis vilayətini Suriya ilə ayıran Es-Səlamə sərhəd qapısını ələ keçirmək üçün hücuma başlayıb. APA TV-nin "CNN Türk"ə istinadən verdiyi məlumatına görə, Suriyanın Kilislə həmsərhəd olan Hələb vilayətinin Azez rayonunda davam edən bir həftəlik sükut pozulub. Bölgədən gələn artilleriya səsləri Türkiyəni narahat etməyə başlayıb.

Verilən məlumata görə, Azez rayonunda səhər saatlarından etibarən şiddətli qarşıdurma və top səsləri müşahidə edilib. Azez rayonuna daxil olan Havvar və Baragat kəndlərindən gələn top səsləri Kilis şəhərində ciddi narahatlıqlar yaşadıb.

Qarşıdurmaların davam etdiyi bölgədə vəziyyətin gərginləşməsi səbəbindən Türkiyə silahlı qüvvələri sərhəd xəttinin təhlükəsizliyini nəzarətə götürüb. Vəziyyətə nəzarətin ən yüksək səviyyədə aparıldığı bildirilir.

Diaspora