Jurnalist Camal Kaşıkçının qatillərinə hökm oxundu - 8 nəfərə 124 il

Jurnalist Camal Kaşıkçının qatillərinə hökm oxundu - 8 nəfərə 124 il backend

İstanbulda Səudiyyə Ərəbistanının Baş Konsulluğunda qəddarcasına qətlə yetirilən məşhur jurnalist Camal Kaşıkçının qatillərinə verilən cəza barədə açıqlama yayılıb.

Qazilər.az Virtualaz.org-a istinadla xəbər verir ki, işlə bağlı səkkiz nəfər günahkar bilinib. Sözügedən şəxslərdən beşinə 20 il, birinə 10 il, ikisinə isə 7 il həbs cəzası verilib.

Baş Prokurorluqdan bildiriblər ki, hökm qətidir və dərhal icra edilməlidir, cinayət işi bağlanıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistan əsilli amerikalı jurnalist C. Kaşıkçı 2 oktyabr 2018-ci il tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib.