Ermənistanda səhiyyə məsələləri üzrə təşkilatçı, həkim Qevorq Qriqoryan ölkəsinin koronavirusla mübarizədə uğursuzluğa düçar olduğunu söyləyib.
Bundan əvvəl, bir alman onlayn portalında dərc edilən araşdırmanın məlumatlarına görə, Ermənistanda əhali arasında hər 100.000 nəfərə 1490.16 yoluxma halı düşməklə Avropada koronavirus xəstəliyinə ən çox yoluxmanın qeydə alındığı ölkədir.“Koronavirusla mübarizənin hələ aprelin ortalarında, ölkəmizdə fövqəladə vəziyyətin uzadılması şəraitində infeksiya və ölüm sayının artdığı bir vaxtda tamamilə uğursuz olmasından danışmışdım. Məsələ burasındadır ki, səhiyyə sistemimizlə beynəlxalq ictimaiyyət qarşısında rüsvay oluruq", Qriqoryan Novosti-Armenia agentliyinə məyusedici statistikaya münasibət bildirərkən deyib.
Qriqoryan, dörd sərhədindən ikisinin (Azərbaycan və Türkiyə ilə) daim bağlı olduğu Ermənistanın nəinki sərhədlərini koronavirusdan qoruya bilmədiyini, həm də koronavirusun bu qədər geniş yayılmasına imkan verdiyinə diqqət çəkib.
O, ÜST-nin pandemiya elan edildiyi yanvar ayında önləyici tədbirlərin görülməli olduğunu söyləyib. Qriqoryan xüsusilə, həmin vaxt sərhədləri bağlamağın və turistləri və ya evlərinə dönən vətəndaşları karantinə alınmalı olduğunu qeyd edib.
“Buna baxmayaraq, səhiyyə naziri Arsen Torosyan və Xəstəliklərə Nəzarət və Milli Müdafiə Mərkəzinin rəhbərinin müavinin təmsil etdiyi səhiyyə sistemimizin rəhbərləri, müsahibələrində və canlı yayımda karantinin effektsiz olduğunu, sərhədləri bağlamağın məqsədyönlü olmadığını deməklə və s. addımları ilə virusun ölkəyə yayılmasına qarşı mübarizədə uğursuz oldular. O, həmin dövrdə təşviqat kampaniyası aparan və koronavirusun adi pinset və evdə hazırlanan araqla qarşısının almağın mümkün olduğunu deyən Baş nazir Nikol Paşinyanın hərəkətlərinə də işarə edib. "Biz koronavirusla mübarizədə təmamilə uğursuz olduq", Qriqoryan deyib.
Hazırda (6 sentyabr) Ermənistanda 134 yeni yoluxma halı aşkar edilib. Ümumilikdə 44,783 təsdiqlənmiş koronavirusa yoluxma halı qeydə alınıb. COVID-19-dan 897 nəfər ölüb.
Eurasia Diary