Yunanıstanda banklar bağlanır

Yunanıstanda banklar bağlanır backend

Yunanıstanın maliyyə nazirliyi ölkə banklarının fəaliyyəti ilə bağlı bır sıra fövqəladə tədbirlərin həyata keçirilməsini təklif edib.


QAZİLER.AZ saytının APA-a istinadən verdiyi məlumata görə, iyunun 30-dan iyulun 6-dək ölkə bankları işləməyəcək.

İyunun 29-dan bankomatlardan istifadəyə qadağa, sonra isə nağd pulun verilməsinə limit qoyulacaq.

Həmçinin banklararası pul köçürmələrinə məhdudiyyətlərin qoyulması nəzərdə tutulub. Sahibkarların maliyyə əməliyyatları yoxlamadan keçiriləcək.

Fövqəladə tədbirlər ölkədən xaricə milyardlarla avro həcmində pul axını və əhalinin bankomatlardan kütləvi şəkildə pul çıxarması ilə bağlıdır.
Diaspora