İrəvan beynəlxalq aləmdə öz dövlətinə qarşı mənfi münasibəti inkişaf etdirir.
Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan “Obzor” proqramının efirində bəyan edib.Keçmiş baş nazir mövcud Ermənistan rəhbərliyinin həm Ermənistan daxilində, həm də sərhədləri xaricindəki məsələlərdə qeyri-adekvat olduğunu vurğulayıb:
“Nəticə etibarilə bu hökumət erməni tarixi və xalqı qarşısındakı siyasi məsuliyyətini dərk edərək yaxın günlərdə istefa verməlidir. Bunun baş verəcəyinə çox əminəm. Bu gün bəyan edirəm ki, Ermənistanın hazırkı hökuməti heç bir problemi həll etmək iqtidarında deyil”.