Yabloko Partiyasının qurucusu Qriqori Yavlinskindən Rusiya hakimiyyətinə sərt ittihamlar; rəsmi Moskva Belarus kəşfiyyatının verdiyi səs yazısını öyrənir; NATO baş katibi və Qərb mediasından sanksiyalar çağırışı
Rusiyalı müxalifətçi Aleksey Navalnya Almaniyada “Noviçok”la zəhərlənməsi ilə bağlı qoyulmuş diaqnoz bütün diqqətləri bu mövzuya yönəldib. Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” Partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin “Şarite” klinikasına aparılıb.Lukaşenko Moskvaya nə səs yazısı verib?
Rusiya hələ ki, Belarusdan Aleksandr Lukaşenkonun kəşfiyyatının “tutduğu” səs yazısının öyrənilməsinə ümidlənib. Qeyd edək ki, Belarus prezidenti Rusiyanın baş naziri Mixail Mişustinlə görüşdə Berlinlə Varşava arasında Navalnı haqqında danışığın ələ keçirildiyini bildirib.
Lukaşenko iddia edib ki, Almaniya kansleri Angela Merkelin Navalnının zəhərlənməsinə dair bəyanatı quramadır. “Bunu ona görə ediblər ki, Putini Belarus məsələsinə qarışmaqdan çəkindirsinlər. Biz səs yazısını Moskvaya göndərəcəyik ki, bunun kimə lazım olduğunu aydınlaşdırsınlar” deyə, Belarus lideri qeyd edib. Lukaşenko iddia edib ki, bu səsyazısı Navalnın zəhərlənməsinin yalan olduğunun sübutudur.
Kremlin sözçüsü Dmitri Peskov FTX-nin öyrəndiyi səsyazısının təfərrüat haqda məlumat verməyib, amma belə görünür ki, Rusiya da kontr-addım hazırlığındadır və bu işdə Lukaşenkonun köməyinə ehtiyac olub. Dünənədək öz hüquq-mühafizə orqanlarına güvənməyib Rusiyadan kömək istəyən Lukaşenko kəşfiyyatının bu telefon danışığını “necə tutması” da maraq doğurur. Hadisələri qabaqlamaq istəməsək də, bu, bir az da “yalançının şahidi yanında olar” məsəlinə bənzəyir.
Yavlinski: Rusiya 100 ildir yalan danışır...
Yabloko Partiyasının qurucusu Qriqori Yavlinski Navalnının zəhərlənməsini şərh edərək bildirib ki, həqiqətin kimin tərəfində olmasının əhəmiyyəti yoxdur. Çünki Rusiya hakimiyyətinin “bütün dünyaya davamlı yalanları” səbəbindən daha Kremlə kimsə inanmır. Yavlinski deyib ki, Rusiya hakimiyyəti Soçi Olimpiadasında idmançıların dopinqdən istifadə etməsinindən tutmuş Kremlin divarları yaxınlığında başqa bir müxalifətçi Boris Nemtsovun öldürülməsinin obyektiv istintaqını aparmadığı üçün Rusiya inam limitini tükədib.
Yavlinski deyib ki, bu ölkə "bir əsrdən çox yalan" tarixinə sahibdir və Rusiya bu imicdən qurtulmaq üçün "yenidən qurulmalıdır".
Daxili işlər naziri “kriminal görmürəm” deyir
Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev jurnalistlərin Navalnı cinayəti ilə bağlı sualına “orada kriminalın nə işi ola bilər? Buna hələ heç bir əsas görmürük” deyə, "İnterfaks"nazirin sözlərindən sitat gətirir.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko da Navalnının “Noviçok” sinfinə daxil zəhərli maddə ilə zəhərlənməsi iddiasını "əsassız ittihamlar"adlandırıb. O, eyni zamanda, Avropa Birliyi və Qərb ölkələrini Kremlin tənqidçisinin zəhərlənməsi işinin siyasi rəng verməkdən imtina etməyə çağırıb.
NATO baş katibi də sərt danışdı
NATO-nun baş katibi Jens Stoltenber deyib ki, Navalnıya qarşı sui-qəsdin beynəlxalq bir qarşılığı olmalıdır. Stoltenberq Navalnının “Naviçok” maddəsi ilə zəhərlənmə faktında heç bir şübhənin olmadığını vurğulayıb. Kimyəvi silah istifadə etməyin beynəlxalq hüquq normalarına zidd olduğunu və insan həyana da hörmətsizlik hesab edildiyini qeyd edən Baş katib “NATO müttəfiqləri, Rusiyanın indi cavablandıracağı ciddi sualların olduğu barədə həmfikirdirlər” – deyə qeyd edib.
Navalnının zəhərlənməsinin beynəlxalq hüquq pozuntusu hesab edən baş katibi, bunu ölkədəki demokratik dəyərlərə qarşı yönəlmiş bir qanun pozuntusu adlandırıb.
Alman mediası: “Navalnı sağ təmayül təmsilçisidir”
Əksər alman mediası da manşet xəbərlərinə Navalnı haqqında təxminən eyni məzmunlu xəbərləri daşıyıblar. Alman mediası rusiyalı müxalifətçiyə qarşı baş vermiş hadisəyə görə rəsmi Berlini sərt tədbirlər görməyə çağırırlar: "Qərb Navalnıya sui-qəsd cəhdinə sanksiyalarla reaksiya verməlidir" ("Handelsblatt"); “Rusiyadan çox suallara cavab gözləyirik” (“Die Welt”) kimi başlıqlarla dərc olunub. “Frankfurter Allgemeine Zeitung” isə Almaniya Xarici İşlər Nazirliyindən mövqeyi manşetə çıxarıb: "Bu hücumu ən güclü şəkildə qınayırıq”.
Yeri gəlmişkən, “Frankfurter Allgemeine Zeitung” bir neçə gün əvvəl Navalnını Rusiyada libereal qüvvələrin deyil, sağ qanadın təmsilçisi olduğunu yazıb.
Şharite xəstəxanası Navalnının zəhərlənmə əlamətlərinin tədricən aradan qalxdığını, ancaq sağalmanın uzun zaman alacağını söyləyiblər: “Navalny hələ də reanimasiyada və süni komadadır”.
***
P.S Bir neçə dəqiqə əvvəl Belarus televiziyası Navalnın zəhərlənməsi ilə bağlı kəşfiyyatın ələ keçirdiyi deyilən səs yazısını yayıb. Səs yazısının rus variantını təqdim edirilk.
Musavat.com