Türkiyə S-400-ləri işə salsa, Aralıqda nə baş verər?

Türkiyə S-400-ləri işə salsa, Aralıqda nə baş verər? backend

Yunanıstanın Türkiyə təhdidləri S-400 sistemlərinin satın alınmasının nə qədər düzgün qərar olduğunu göstərir.

Axar.az xəbər verir ki, bunu türkiyəli analitik Yusif Erim ölkə mətbuatına açıqlamasında deyib.

“Aralıq dənizinin şərq hissəsindəki gərginlik və Yunanıstanın təhdidləri S-400 sistemlərinin satın alınmasının nə qədər düzgün qərar olduğunu göstərir. S-400-lərin quraşdırılması və aktivləşdirilməsi qısa müddətdə Aralıq dənizini uçuşa qadağan bölgəyə çevirər. Bu, müharibə şəraitində Türkiyəyə böyük üstünlük qazandırar”, - analitik bildirib.