Su-30SM qırıcılarının yeni partiyasının alınması üçün danışıqlar aparılır.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan “Azadlıq” radiosuna müsahibəsində deyib."Həmçinin, 4 Su-25-in modernləşdirilməsi proqramına dair illərdir həyata keçirə bilmədiyimiz bir müqavilə imzaladıq. İndi bu, reallığa çevrildi”, Tonoyan vurğulayıb.
Əlavə edib ki, qırıcıların modernləşdirilməsini Rusiya Federasiyası həyata keçirəcək.
Tonoyan hərbi sənayedə özəl erməni-rus təşkilatlarının yaradılmasının təşviq edildiyini də söyləyib.