ABŞ Şimal komandanlığı Rusiya sualtılarının Alyaska sahillərinin yaxınlarına qədər gəldiyini xəbər edb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verr ki, bu barədə komandanlığın “Facebook” səhifəsində məlumat yayılıb. Verilən informasiyada rus gəmisinin ABŞ ərazi sularından kənarda durduğu qeyd edilib.“RİA Novosti” agentliyi isə rusların “Omsk” sualtı kreyserinin “Okean qalxanı-2020” təlimlərində iştirak məqsədilə Alyaska sahillərinə yaxınlaşdığını bildirib. Bundan öncə adı keçən kreyser Berinq dənizində raket atışları hazırlıqlarını həyata keçirirmiş.
“Associated Press” agentliyi Alyaska sahillərində ova çıxan ABŞ balıqçılıq gəmilərinin sahil mühafizə xidmətinə rus gəmilərini gördüklərini xəbər verdiyini yazıb. Birləşmiş Ştatların Sahil mühafzə xidmətinin nümayəndəsi Kip Uadlou Silahlı qüvvələrin Birləşmiş komandanlığının Alyaskadakı Elmendorf-Riçardson bölgəsindəki bazası ilə əlaqə saxlayaraq vəziyyəti öyrənib. Burada ona təlimlər barəsidə əvvəlcədən məlumat aldıqları, hər hansı başqa hadisənin baş vermədiyi deyilib.
Rusiyanın Sakit okean donanmasının rəhbərliyi isə “Varyaq” kreyserinin və “Omsk” sualtısının Berinq dənizində birgə raket atış-təlimlərinə qatıldığını təsdiqləyib.
“Varyaq” kreyseri “Vulkan” tipli qanadlı raket kompleksinin, “Omsk” isə “Qranit” tipli gəmi əleyhinə qanadlı raketlərinin buraxılış qurğusunun işə salınması vəzifəsini həyata keçirib. Rusların məlumatına əsasən hər iki gəmidən atılan raketlər 450 km (Varyaq) və 320 km-də (Omsk) yerləşən hədəfləri sərrast şəkildə vurub.
“The Drive” portalıNorveçin Tromsö limanına ABŞ-ın olduqca gizli və ən müasir avadanlıqlarla təchiz edilmiş “USS Seawolf” sualtı qayığının yanaşdığını bildirib. Xəbəri təsdiqləyən kontr-admiral Entoni Karullo sualtı qayığın göndərilməsinin “ABŞ-ın dəniz təhlükəsizliyinin təmin edilməsi və bütün bölgədə rəqibini durdurmaq siyasətində qətiyyətli olduğunu” nümayiş etdirdiyini bildirib. Elə məxfi sualtı qayığın hərbi-dəniz jurnalisti Kris Kavas tərəfindən fotogörüntüyə alınması da təsadüf sayılmır. Ekspertlərin fikrincə, Birləşmiş Ştatlar bununla əslində, bu ilin iyun ayında yeni “Knyaz Vladimir” sualtı qayığını şimal sularına buraxan Rusiyaya cavab göndərmək istəyib.
Qeyd olunur ki, “Seawolf “un Tromsödə peyda olmasından bir qədər sonra ABŞ-ın nüvə raketləri daşıya bilən 6 ədəd “B-52H” bombardmançısı da Norveçə gəlib və burada yerli Hərbi-hava qüvvələri ilə təlim həyata keçirib. Hərbi mütəxəssislər bunu “birbaşa Moskvaya hədəflənən siqnal” olduğunu vurğulayırlar.