İrəvanda etirazçılar tələblərini açıqladılar

İrəvanda etirazçılar tələblərini açıqladılar backend

İrəvanın mərkəzində keçirilən aksiya iştirakçıları Ermənistan hakimiyyətinə üç tələb irəli sürüblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçılar elektrik enerjisinin bahalaşması haqqında qərarın tətbiqinin dayandırılmasını, ictimaiyyət fəalları ilə elektrik enerjisi tariflərinin aşağı salınmasına dair danışıqlara başlamağı, həmçinin iyunun 23-də etirazçı və jurnalistlərə qarşı zor tətbiq etmiş mülki geyimli polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini tələb ediblər.

“Biz hər-hansı siyasi qüvvəyə mənsub deyilik, Biz, soyğunçuluğa yol verməyərək, həmişə xalqla olacağıq”, deyə fəallar bildirib.

Diaspora