Rusiya ilə ABŞ hərbçilərinin insidentinin görüntüsü... - Video

Rusiya ilə ABŞ hərbçilərinin insidentinin görüntüsü... - Video backend

Rusiya patrulu amerikalı hərbçilərlə insidentin qarşısını almaq üçün bütün mümkün tədbirləri gördü.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Tərəfləri Barışdırma Mərkəzi məlumat yayıb.

Bildirilib ki, patrul fəaliyyəti ABŞ-la öncədən razılaşdırılmışdı və qarşı tərəf rusları izləyirdi:

“Patrul fəaliyyəti zamanı beynəlxalq antiterror koalisiyasının nəzarət bölgəsinə girdikdən sonra kolonu iki Amerika MRAP zirehli maşını təqib etməyə başladı. Bununla yanaşı, marşrut boyunca yolun daha iki Amerika zirehli maşını tərəfindən bloklandığı müəyyən edildi”.

Qeyd edək ki, ötən gün baş verən qəzada ABŞ tərəfi Rusiyanı ittiham etmişdi.