Tramp Birləşmiş Ərəb Əmirliklərinə "atıb" - rəsmi Əbu-Dabi qəzəblidir

Tramp Birləşmiş Ərəb Əmirliklərinə "atıb" - rəsmi Əbu-Dabi qəzəblidir backend

Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İsraillə keçirilməsi planlanan birgə görüşdən imtina edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Axios” saytı məlumat yayıb.

Saytın informasiyasına əsasən, buna əsas səbəb ABŞ-ın BƏƏ-yə yeni “F-35” qırıcı təyyarələrini satmaqda istəksiz davranması olub. Belə ki, bu anlaşmaya ən çox İsrail baş naziri Benyamin Netanyahunun çıxdığı bildirilir.

Qeyd olunur ki, hələ ötən həftə ABŞ prezident Donald Tramp BƏƏ ilə qırıcıların satışı məsələsində sazişə yaxın olduqlarını, Pentaqonun rəsmi nümayəndəsi isə onun yaxın altı ayda imzalana biləcəyini bildirmişdi.

Birləşmiş Ştatlar yaxın müttədiqləri sayılan Cənubi Koreya, Yaponiya və İsrailə müasir hava döyüş maşınlarını satıb. Lakin ABŞ İsrailin İran körfəzinin müsəlman ölkələri üzərində hərbi üstünlüyünün qorunub saxlanması naminə həm Səudiyyə Ərəbstanına, həm də Birləşmiş Ərəb Əmirliklərinə eyni silahları satmaqda tərəddüd keçirir.

Bu isə rəsmi Əbu-Dabinin qəzəbinə səbəb olub və Birləşmiş Əmirliklərin rəsmiləri Benyamin Netanyahunun silah satışı haqqında məlumat aldığı barədə bəyanatından sonra Vaşinqtona gəlməkdən vaz keçiblər.

“Axios”un yazdığına görə, BƏƏ Netanyahunun bu bəyanatını iki ölkə arasında əldə olunan razılaşmaya zidd hesab edir. Belə ki, rəsmi Əbu-Dabi məhz ABŞ-dan F-35-lərin satılması da daxil olmaq şərti ilə müəyyən güzəştlər almaq müqablində İsraillə diplomatik münasibətlər qurmağa razılıq vermişdi.