Rusiya İrəvana əlavə Su-30CM verməyə hazırlaşır

Rusiya İrəvana əlavə Su-30CM verməyə hazırlaşır backend

Rusiya Ermənistana Su-30CM qırıcısının əlavə partiyasınının tədarükünün müzakirəsinə hazırlaşır.

Axar.az xəbər verir ki, bu məlumatı “İnterfaks” Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinə istinadən yayıb.

“Erməni tərəfdaşlarımızla iş davam edir. Erməni tərəfinin bunda maraqlı olduğu təsdiq edilsə, təyyarələrin alışı mövzusu müzakirə ediləcək”.

Qeyd edək ki, keçən il Ermənistan Rusiyadan 4 ədəd Su-30CM alıb. Qırıcıların ödənişi Rusiyanın verdiyi hərbi kredit hesabına ödənilib.