Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyada İŞİD terror təşkilatına qarşı keçirdiyi "Fərat qalxanı" əməliyyatının 4-cü ildönümü Əl Bab şəhərində qeyd edilib.
Axar.az xəbər verir ki, toplantıda yüksək rütbəli zabitlər, Azad Suriya Ordusunun (ASO) və TSQ-nin əsgərləri, eləcə də əşirət liderləri, yerli sakinlər iştirak edib.Mərasim yeni tip koronavirusla bağlı müəyyən edilmiş qaydalar çərçivəsində təşkil edilib.
ASO komandirləri bu əməliyyatın bölgənin taleyini dəyişdirdiyini bildiriblər.
Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı 2016-cı il avqustun 24-də başladılmışdı.