Lukaşenkonun yerində olsam... - Zelenski

Lukaşenkonun yerində olsam... - Zelenski backend

Ukrayna Prezidenti Vladimir Zelenski qonşu Belarusda baş verənlərə münasibət bildirib

Qaziler.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Zelenski Belarusda baş verən narazılıqların qarşısını almağın yollarını açıqlayıb. “Mən Lukaşenkonun yerinə olsaydım, etirazçıları sakitləşdirmək üçün seçkinin yenidən keçirilməsinə şərait yaradar və xarici müşahidəçilərin ölkəyə gələrək seçkiləri izləməyinə icazə verərdim“.

“Hər kəsi necə sakitləşdirmək olar? Mən bunu dəqiq deyə bilərəm: bir aydan sonra yeni seçkilər. Lukaşenkonun yerində olsam, yeni seçkilərə gedərdim. Kim gəlir gəlsin. Xarici müşahidəçilərin də hamısını dəvət edirəm. Belarus xalqına da deyirəm ki, buyurun, seçin. Bu nəticədən sonra kimsənin sualı da yaranmaz. Mən buna əminəm. Əgər Aleksandr Qriqoryeviç qalib gəlsə, deməli, o da qalibdir. Yox, seçkilərdə başqası qələbə qazansa, deməli odur prezident. Amma hər şey qansız-qadasız olar, tarixə də belə düşər“ - deyə Zelenski Euronews-un efirində deyib.