ABŞ-ın Arizona ştatında polis mağazadan spritli içki oğurlayan gəncin ölümünə səbəb olub.
Qazilər.az “independent.co.uk” saytına istinadla xəbər verir ki, 6 dəqiqə bədəni isti asfalta sıxılan 28 yaşlı gənc Ramon Timothy Lopez xəstəxanaya aparılarkən dünyasını dəyişib.Hadisə avqustun 4-də baş verib. Belə ki, polisə bir nəfərin şübhəli davrandığı və insanların avtomobillərinə baxdığı iddiasıyla şikayət daxil olub. Polis “Phoenix” şəhərində mağazalardan birindən spritli içki oğurladığı deyilən 28 yaşlı şübhəli Ramon Timothy Lopezi təqib edib.
Polisin üzərinə yerləşdirilən kameranın görüntülərində Lopezin qaçdığı və polisə içki şüşəsi atdığı görünür. Daha sonra gənc polislər tərəfindən yaxalanır və əlləri qandallanaraq yerə uzadılır, 6 dəqiqə ərzində bədəni isti asfalta sıxılır. Huşunu itirən Lopez xəsətəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Polislər barəsində araşdırma başladılıb.
Lopezin qardaşı David Qonzales KNXV-TV-yə verdiyi açıqlamasında “kimsə mükəmməl deyil, amma qardaşım elə bir şeyə layiq deyildi. İsti asfaltın üzərində olarkən bütün ağırlıqları ilə onun üstündə idilər. Kim savaşmaz ki? Lopez həyatı üçün savaşırdı və məğlub oldu”, - sözlərini deyib.
Polis məmurları isə Lopezin yumruq atmasının qarşısını almaq üçün əllərini qandalladıqlarını və çapaladığı üçün narkotikin təsiri altında olduğunu düşünüb onu hərəkətsiz hala gətirdiklərini bildiriblər.
Qazilər.az / Firuzə Alimova