Tanınmış televiziya aparıcısı və Moskva xəstəxanasının baş həkimi Aleksandr Myasnikov müxalifət lideri Aleksey Navalnının Tomsk-Moskva təyyarəsindən xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Qazilər.az Qaynarinfo-ya isitinadla xəbər verir ki, o YouTube-də "Solovyov LİVE" proqramının efirində siyasətçinin başına nələr gələ biləcəyi barədə fikirlərini səsləndirib:"Məni onun iniltiləri təəccübləndirdi, çünki damar problemləri zamanı adam inildəmir, af-uf etmir, sadəcə yıxılır", - deyən doktor Myasnikov Navalnıda sadəcə "vəziyyət öncəsi” bir şey olduğunu əlavə edib.
Mütəxəssis qeyd edib ki, zarımalar pozulmuş anevrizmadan yarana biləcək şiddətli baş ağrısından xəbər verə bilər.
Myasnikov hesab edir ki, Navalnının xəstəxanaya yerləşdirilməsinin səbəbləri barədə nəticə çıxarmağa tələsməmək və rəsmi məlumatları gözləmək daha yaxşıdır.
Xatırladaq ki, Navalnnın Tomskdan Moskvaya uçduğu təyyarə təcili olaraq Omsk şəhərinə eniş edib. Mətbuat katibi Kira Yarmış Navalnının zəhərləndiyini bildirib.