Filippinin Daxili İşlər naziri Eduardo Anyo yenidən koronavirusa yoluxub.
Qazilər.az xəbər verir ki, bu barədə Filippinli nazirin özü açıqlama verib.Bildirilir ki, 58 yaşlı nazirdə ilk dəfə mart ayında COVID-19 aşkarlandı və müalicə aldı.
"Avqustun 13-də özümdə boğaz ağrısı və bədən ağrıları hiss etdim. Sabahı gün isə analiz verdim. Təəssüflər olsun ki, COVID-19-dan verdiyim analizlər müsbət çıxdı" - deyə Anyo bildirib.
Hazırda Filippinli nazir həkim nəzarəti altındadır.
Qeyd edək ki, aprelin əvvəlində ölkənin Təhsil naziri Leonor Brionesdə, iyulda isə Nəqliyyat naziri Mark Villarda koronavirus tapılmışdı.
Report.az