Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI

Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI backend

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 294 mindən çox artıb.

Qazilər.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 15-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 294 237 nəfər yeni koronavirusa yoluxub, 9 985 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 21 026 758, ölənlərin isə 755 786 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 11 271 215 yoluxma və 410 483 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 733 965, ölənlərin sayı isə 213 674 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 971 104 yoluxma və 58 844 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.