ABŞ prezidenti Donald Trampın kiçik qardaşı Robert vəfat edib.
Qazilər.az xəbər verir ki, bu barədə ABŞ prezidenti bildirib.D.Tramp qeyd edib: "O, sadəcə mənim qardaşım deyildi, mənim ən yaxşı dostum idi. Men onun üçün çox darıxacam, amma biz yenə görüşəcəyik. Onun xatirəsi daim qəlbimdə yaşayacaqdır".
Qeyd edək ki, NBC telekanalı 71 yaşlı Robert Trampın ağır xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məlumat vermişdi. Hansı sağlamlıq problemlərindən söhbət getdiyini bildirilməyib.