Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi backend

Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri keçib.

Qazilər.az xəbər verir ki, son bir neçə saat ərzində Hindistanda 1 929, Pakistanda 626, İsraildə 461 yoluxma qeydə alınıb.

Ümumilikdə, bu günədək dünyada virusa yoluxanların 21 074 199 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ liderlik edir. Bu ölkədə 5,4 milyondan çox şəxs koronavirusa yoluxub. Braziliya 3,2 milyondan çox yoluxma ilə ikinci, Hindistan 2,4 milyondan çox yoluxma ilə üçüncü yerdədir.

Bu günədək 757 495 nəfər koronavirusun qurbanı olub, 13 925 612 nəfər sağalıb.