Fələstin BƏƏ-dəki səfirini geri çağırır - Səbəb

Fələstin BƏƏ-dəki səfirini geri çağırır - Səbəb backend

Fələstin İsrail ilə münasibətləri normallaşdırmaq qərarından sonra BƏƏ-dən səfirinin geri çağırıldığını elan etdi.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib.

"Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın göstərişi ilə ABŞ, İsrail və Əmirliklərin İsrail və BƏƏ arasındakı münasibətlərin normallaşdırılması barədə üçtərəfli açıqlamasından sonra Fələstin səfiri təcili olaraq BƏƏ-dən çıxarılır", - deyə nazir bildirib.