İsrail ordusunun qırıcı təyyarələri Qəzza zolağında HƏMAS-ın üç mövqeyinə zərbələr endirib.
Qazilər.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib.
Qeyd edilir ki, hava zərbələri nəticəsində HƏMAS-ın hərbi bazası, yeraltı strukturu və müşahidə postu məhv edilib.