Belarusda keçirilən prezident seçkilərində qapalı məntəqələrin səslərinin hesablanması başa çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Belarusiyanın Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.Onun sözlərinə görə, 28 628 Belarus vətəndaşı (qapalı məntəqələrdə səs verən seçicilərin 81,35 faizi) Aleksandr Lukaşenkoya, 2 848 vətəndaş (8 faiz) Svetlana Tixanovskayaya səs verib.