Dünyada koronavirusa yoluxanların STATISTIKASI

Dünyada koronavirusa yoluxanların STATISTIKASI backend

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 273 mindən çox artıb.

Qazilər.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 9-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 273 552 nəfər yeni koronavirusa yoluxub, 6 207 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 19 462 112, ölənlərin isə 722 285 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 10 447 261 yoluxma və 385 076 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 562 774, ölənlərin sayı isə 216 426 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 565 800 yoluxma və 52 569 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.