"İraq Şam İslam Dövləti" terror təşkilatı Şimali Qafqazda öz vilayətini yaratdığını elan edib. QAZİLER.AZ-ın Lent.az-a istinadən xəbərinə görə, məlumatı İnstitute for the Study of War İŞİD-in mətbuat katibi Əbu Məhəmməd əl-Adaniyə istinadən yayıb.
"Qafqaz vilayəti"nin yaradılması Dağıstan, Çeçenistan, İnquşetiya, Kabardin-Balkar və Qaraçay-Çərkəzdəki silahlı qruplaşmaların İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içməsindən sonra elan edilib. Andı Rusiyada qadağan edilmiş "İmarət Qafqaz" qruplaşmasının üzvləri içiblər.Xatırladaq ki, Rusiya Təşlükəsizlik Şurası katibinin müavini Yevgeni Lukyanov etiraf edib ki, İŞİD Rusiya üçün təhlükıdir. O, xatırladıb ki, İŞİD sıralarında əsasən Şimali Qafqazdan olan 2000-ə yaxın Rusiya vətəndaşı var.