“Hizbullah” lideri Beyrutdakı partlayışla bağlı açıqlama verdi

“Hizbullah” lideri Beyrutdakı partlayışla bağlı açıqlama verdi backend

“Hizbullah” lideri Həsən Nəsrullah rəhbərlik etdiyi təşkilatın Beyrut dəniz limanında baş vermiş partlayışla heç bir əlaqələrinin olmadığını bildirib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Jazeera” məlumat yayıb.

Şiə qruplaşmasının rəhbəri sözügedən limanın ərazisindəki anbarda onlara məxsus heç bir silah-sursat və ya maddi sübut olmadığını bildirib.

O, partlayışı törədənlərin harada olduqlarından asılı olmayaraq, aşkar edilib cəzalandırılacağına ümid etdiyini söyləyib.