Facebook-un sahibinin sərvəti 100 milyard dolları KEÇDİ

Facebook-un sahibinin sərvəti 100 milyard dolları KEÇDİ backend

Facebook-un qurucusu Zukerberqin sərvəti 100 milyard dolları ötüb.

Sosial medianın nəhəngi "Facebook"-un "TikTok"-a rəqib olacaq yeni tətbiqini elan etməsi ilə şirkətin səhmləri 6 faiz artıb. Beləliklə, "Facebook"-un qurucusu Mark Zukerberq-in şəxsi sərvəti 100 milyard dolları keçib.

Modern.az xəbər verir ki, "Facebook"-un dəyəri cümə axşamı 6 faiz əlavə dəyər qazanıb.

Qeyd edək ki, Zukerberqin Facebookda 13% səhm payı var. Zukerberqin hissələrinin dəyər qazanması ilə o, "Amazon"-un sahibi Jeff Bezos və "Microsoft"- un yaradıcısı Bill Geyts-dən sonra sərvəti 100 milyard dolları aşan varlılar sırasına qatıldı.