Livanda partlayışla bağlı həbs edilənlər var

Livanda partlayışla bağlı həbs edilənlər var backend

Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışlarla əlaqədar limanın 16 əməkdaşı həbs edilib.

“Report” xəbər verir ki, bu barədə Livan Hərbi Məhkəməsinin nümayəndəsi bildirib.

Qeyd edək ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 100-dən çox şəxs həlak olub, 5 minə yaxın insan isə xəsarət alıb.

Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.