Livanda ölkənin paytaxtı Beyrutda baş verən partlayışla əlaqədar matəm elan edilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə matəm baş nazir Həsən Diyabın qərarı ilə elan edilib.Qeyd edək ki, Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Partlayış nəticəsində ölənlərin sayı 100-ü keçib, 4 minədək insan xəsarət alıb.
Partlayışın səbəbi barədə məlumat verilmir.