İsrailin səlahiyyətli nümayəndələri Təl-Əvivin Livanın paytaxtı Beyrutdakı partlayışla heç bir əlaqəsinin olmadığnı irəli sürüb.
Qazilər.az “ensonhaber.com”a istinadla xəbər verir ki, Beyrutda yaşanan partlayışdan sonra İsraillə bağlı iddialar gündəmə gəlib.Hadisədən sonra bütün nəzərlər hazırda Livanla gərginlik yaşayan İsrailə tərəf yönəlib. Adlarının açıqlanmasını istəməyən israilli məmurlar isə yerli mediaya verdikləri açıqlamalarda Təl-Əvivin Beyrutdakı partlayışla heç bir əlaqəsinin olmadığını irəli sürüb. Onlar partlayışın qəza nəticəsində yaşana biləcəyini ifadə ediblər.
Hizbullah da hadisəylə bağlı səsləndirilən iddiaların yalan olduğunu bildirib. Belə ki, hizbullaha yaxın olan qaynaqların Livan yerli mediasına verdiyi açıqlamasında Beyrutdakı partlayışın ölkəyə aid silah deposunda meydana gəldiyi açıqlanıb. Partlayışın İsrail tərəfindən gerçəkləşdirildiyi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyi qeyd edilib.
İsrailin Baş Naziri Binyamin Netanyahu isə partlayışın meydana gəldiyi bölgəni hizbullahın silah anbarı olduğunu BMT-yə göstərmişdi.
Firuzə Alimova / Qazilər.az