Zaxarova "Vaqner"in döyüşçüləri haqda: Biz imkan vermərik ki, onları...

Zaxarova "Vaqner"in döyüşçüləri haqda: Biz imkan vermərik ki, onları... backend

“Belarusda saxlanılan Rusiya vətəndaşlarının günahı sübuta yetirilməyib”.

Qazilər.az APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində yazıb.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatına münasibət bildirən Rusiya XİN-in rəsmisi bildirib ki, Minskdə saxlanılan Rusiya vətəndaşlarının günahı heç nə ilə sübut olunmayıb.

“Bunun ətrafında qurulan tamaşaya gəldikdə isə, biz imkan vermərik ki, onları incitsinlər. Bunu Minskdə gözəl bilirlər”, - deyə M. Zaxarova vurğulayıb.

Xatırladaq ki, iyulun 29-da Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın "Vaqner" özəl hərbi qrupunun üzvləridir.