Ekspertlər karantin rejimindən imtina edən İsveçin qərarını ALQIŞLADI

Ekspertlər karantin rejimindən imtina edən İsveçin qərarını ALQIŞLADI backend

Koronavirus pandemiyası ilə bağlı karantin rejimindən tam imtina edən İsveçin addımı iqtisadçılar tərəfindən alqışlanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, fevral-may ayları ərzində sərt karantin rejiminin tətbiq olunmadığı ölkədə iqtisadi göstəricilər digər ölkələrlə müqayisədə daha az geriləyib.

Belə ki, İsveç iqtisadiyyatı 2-ci rübdə 7% geriləsə də, bu sərt karantin rejimini tətbiq edən digər Avropa ölkələri, həmçinin, ABŞ-dan daha az geriləmədir.

“İsveç iqtisadiyyatının zərər çəkmədiyini demək olmaz, amma avro zonada bəzi ölkələr 30% geriləmə nümayiş etdirib”-deyə Capital Economics-in eksperti Devid Oksli deyib

Digər tərəfdən, karantindən imtina etdiyi üçün İsveçdə virusdan ölüm faizi dünyada ən yüksəsk göstəricilərdsən biri olub. Bu ölkədə ölüm faizi Danimarkadan 5 dəfə, Finlandiya və Norveçdən isəı 10 dəfə çoxdur.