Amerikanın “Raytheon Missiles & Defence” və İsrailin “Rafael” şirkətləri “İron Dome” hava hücumundan müdafiə sistemlərini istehsal etmək üçün ortaq müəssisənin yaradılması ilə bağlı müqavilə imzalayıblar.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, müəssisənin ABŞ ərazisində inşa ediləcəyi planlaşdırılıb.ABŞ və İsrailin ortaq müəssisəsi RRAPS (Raytheon RAFAEL Area Protection Systems) adını alıb.
“Bu müəssisədə istehsal olunacaq silahlar həm ABŞ, həm də digər müttəfiq ölkələrin qoşun və infrastrukturunu qorumağa imkan verəcək”, - "Raytheon Missiles" şirkətinin vitse-prezidenti bildirib.