Ermənistanda az qala bütün dövlət orqanlarında özbaşınalıq var. Düşmən ölkə mətbuatını diqqətlə izləyəndə maraqlı nüanslar ortaya çıxır.
Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) “Hayrenik” partiyasının sədri, qurumun keçmiş rəisi Artur Vanetsyana qarşı qanunsuz silah saxlama maddəsilə cinayət işi açıb.Vanetsyan bunu siyasi fəaliyyəti ilə əlaqələndirib. Onun sözlərinə görə, müxalifətdə yer alması Paşinyan hökumətinin ürəyincə deyil.
İş orasındadır ki, Vanetsyandan müsadirə edilən silahın MTX-nin anbarından tapıldığı iddia olunur. Guya əməliyyatı korrupsiyaya qarşı mübarizə departamentinin rəhbəri Mikael Ambartsumyan keçirib. Ermənistan mətbuatı yazır ki, ona Vanetsyanı cinayət məsuliyyətinə cəlb edə biləcəyi təqdirdə MTX-də müavin vəzifəsi vəd olunub. Ambartsumyan şəxsən özü axtarış və dindirilmə proseslərində iştirak edir. MTX-da Torosyanı əvvəlcə yola gətirməyə çalışıblar. Sonra hədə-qorxuya keçiblər. Torosyan deməliymiş ki, əldə olunan silah Vanetsyana məxsusdur. Torosyan belə ifadədən imtina edincə həbs olunub.
Bundan sonra MTX-nin rəhbəri Argişti Karamyanın tapşırığı ilə Torosyanın həyat yoldaşı təhlükəsizlik idarəsinə çağırılıb. Onunla da əvvəlcə mehriban danışıblar. Qadından ərini yola gətirməsini istəyiblər. Rədd cavabı gələndə hədə-qorxu başlayıb: “Həyat yoldaşın həbsxanada qalacaq. Səni işdən çıxartdıracağıq. Üç körpə uşağın acından öləcək”.
Torosyanın həyat yoldaşının dindirilməsi səhərə qədər davam edib. Sonradan onu evə buraxmağa razı olublar.
Ermənistanda müstəqil siyasətçilər prosesə etirazını bildirir. Hüquq müdafiəçisi Arsen Babayan deyib ki, Paşinyan hökuməti siyasi müxalifəti təqib edir, sıradan çıxarmaq istəyir. İctimai fəal Manuel Manukyan Ermənistanda demokratiya, söz azadlığı, sərbəst toplaşma azadlığı, insanların şikayət etmək hüququnun olmadığını deyib.