Belarusda tutulan “Vaqner” döyüşçüləri İstanbula gedəcəkmiş

Belarusda tutulan “Vaqner” döyüşçüləri İstanbula gedəcəkmiş backend

Rusiyanın “Vaqner” qrupunun Belarusda tutulan döyüşçülərinin hansı ölkəyə getmək istədikləri məlum olub.

Qazilər.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Rusiyanın Belarusdakı konsulu “Rossiya-1” telekanalına müsahibəsində deyib ki, döyüşçülər Latın Amerikası ölkələrindən birinə getməliymişlər.

Konsulun sözlərinə görə, döyüşçülər Belarusdan tranzit olaraq İstanbula, oradan isə Latın Amerikası ölkələrindən birinə getməyi planlaşdırıblar.

“Onlar iyulun 25-də Minskdən İstanbula, oradan isə üçüncü ölkəyə uçmalıymışlar. Sonuncu təyinat məntəqəsi Latın Amerikası regionundakı ölkələrdən biri idi”.

Qeyd edək ki, Belarusda Rusiyanın “Vaqner” özəl hərbi qurumunun 32 döyüşçüsünün saxlanılması barədə iyulun 29-da məlumat yayılıb.