Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks iyunun 23-də Yerevanda keçirilən dinc aksiyada etirazçıların dağıdılması zamanı polisin güc tətbiq etməsi ilə bağlı narahatlığını bildirib. Bu barədə Trend "Novosti Armeniya"ya istinadən xəbər verir.
O bildirib ki, mətbuat nümayəndələrinin təhlükəsiz və azad mühitdə işləmək imkanı olmalıdır.
N.Muyjnieks Ermənistan hökumətini söz və sərbəst toplaşma azadlığına hörmətlə yanaşmağa, etirazçıların dağıdılması və həbsi zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yol verilən zorakılıq halları ilə bağlı araşdırma aparmağa çağırıb.