İranda silahlı qruplaşma zərərsizləşdirildi

İranda silahlı qruplaşma zərərsizləşdirildi backend

İranın Qərbi Azərbaycan vilayətində xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı qruplaşma zərərsizləşdirilib.

Azvision.az xəbər verir ki, bu barədə İranın Təhlükəsizlik Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 1,1 ton heroin müsadirə edilib. Bundan əlavə, silahlı qruplaşmanın Avropadan olan rəhbəri öldürülüb, 7 nəfər həbs olunub.