Hindistanda müsəlman gənc inək ətinə görə vəhşicəsinə döyülüb - FOTO

Hindistanda müsəlman gənc inək ətinə görə vəhşicəsinə döyülüb - FOTO backend

Hindistanın paytaxtı Dehlinin yaxınlığında yerləşən Qurqaon şəhərində müsəlman gənc inək ətinə görə vəhşicəsinə döyülüb.

NDTV kanalının yaydığı məlumata görə, Lokman adlı müsəlman gəncin avtomobili bir qrup şəxs tərəfindən saxlanılıb. Hələlik kimliyi məlum olmayan üzü maskalı şəxslər Lokmanı inək əti daşımaqda ittiham edərək, vəhşicəsinə döyüblər. Hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə üzü maskalı şəxslərin Lokmanı təpikləyərək döydüyü əks olunub. Həmin şəxslərin əlində çəkic də olub.

Hadisə yerinə gələn polis isə olaya çox gec müdaxilə edib. Ciddi xəsarətlər alan Lokman xəstəxanaya yerləşdirilib.

Polisin etinasız davranışı sosial şəbəkələrdə qəzəblə qarşılanıb.

Xəbərdə yer alan məlumata görə son illərdə Hindistanda müsəlmanlara qarşı aqressiv davranışlar, bu cür hadisələr daha da artmağa başlayıb.

Ötən ilin iyun ayında Tabrez Ensari adlı müsəlman gənc də kimliyi məlum olmayan şəxslər tərəfindən vəhşicəsinə döyülərək, öldürülmüşdü. Ağac dirəyinə bağlanan Ensari 12 saat boyunca döyülmüşdü. Xəstəxanaya çatdırılan müsəlman gənc 4 gün sonra ölmüşdü.

Xatırladaq ki, inək hindlilər üçün müqəddəs heyvan hesab edilir. Hindistanın 36 ştatından 20-də iribuynuzlu heyvanların öldürülməsi qadağandır. Ölkə qanunlarına görə, inək öldürənlər 7 il müddətinə azadlıqdan məhrum edilə bilər. Ancaq Hindistanda yaşayan müsəlman azlıq inək ətindən istifadə edir və bu da çox zaman hindlilərin hücumları ilə nəticələnir.

Musavat.com.
Diaspora