Çində ötən 24 saatda 45 yeni yoluxma faktı aşkarlanıb.
Qazilər.az “Report”a istinadla xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Komissiyası açıqlayıb.Bildirilib ki, yoluxmaların əksəriyyəti Sincan-Uyğur Muxtar Rayonunda qeydə alınıb – 31.
Məlumata görə, ötən sutka qeydə alınmış yoluxma halların sayı iyulun 30-u ilə müqayisədə, demək olar ki, 3 dəfə azdır. Belə ki, daha öncə ölkədə 127 nəfərdə COVID-19 aşkarlanıb.
Qeyd edək ki, Çində indiyədək 84 337 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 4 634 nəfər virusun qurbanı olub.