Belarusda Rusiyanın özəl hərbi şirkətinin döyüşçülərinin ələ keçirilməsi prezident Aleksandr Lukaşenkonu özündən çıxarıb.
O, qonşu dövlətdən vəziyyətə aydınlıq gətirilməsini tələb edib.Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Lukaşenko Rusiyanın çirkli məqsədlərinin olduğunu deyib. Dövlət başçısı şimal ölkəsində məsuliyyətdən yayınmaq cəhdlərini hiss etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya günahı üzərindən atmağa, oxu Belarusa yönəltməyə çalışır.
İyulun 29-da paytaxt Minsk yaxınlığındakı sanatoriyada Rusiyanın 33 hərbçisi saxlanılıb. BELTA-nın məlumatına görə, onlar özünə rus turistlərə xas olmayan davranışla diqqət çəkib. Üstəlik, xüsusi geyim də şübhə yaradıb. Hərbi şirkətin daha bir üzvü isə ölkənin cənubunda ələ keçib.
Bu dəqiqələrə olan məlumata görə, Minskin mərkəzinə hərbi qüvvə cəlb olunur. Jurnalist Stepan Putilo hərbi texnikanın Vitebs vilayətindən gətirildiyini yazıb.
Ümumiyyətlə, bütün ölkəboyu daxili qoşunlar hazır vəziyyətə gətirilib. Belarus jurnalistləri sərhəd qoşunlarının da prosesə qoşulduğunu məlumat verir.