Rusiyanın “Vaqner” qrupunun 33 döyüşçüsü tutuldu - Belarusda əməliyyat

Rusiyanın “Vaqner” qrupunun 33 döyüşçüsü tutuldu - Belarusda əməliyyat backend

Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb.

APA-nın "Belta" dövlət informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iyulun 29-na keçən gecə Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsü saxlanılıb.

Belarusda saxlanılan döyüşçülər Rusiyanın "Vaqner" özəl hərbi qrupunun üzvləridir.

Daha bir döyüşçü isə ölkənin cənubunda saxlanılıb. Bununla da saxlanılan döyüşçülərin sayı 33-ə çatıb.

Hələlik saxlanılanlarla bağlı ətraflı məlumat verilməyib.