Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa yoluxub.
Teleqraf.com Ria-Novosti agentliyinə istinadla xəbər verir ki, bu məlumatla Aleksandr Lukaşenko özü çıxış edib.O, xəstəliyi simtompsuz keçirir.
Aleksandr Lukaşenko DİN-in daxili qoşunlarının hərbi hissəsində çıxışı zamanı deyib: "Bu gün koronavirusu ayaq üstə keçirməyi bacaran bir adamla görüşürsünüz. Belə nəticəyə dünən həkimlər gəldilər. Əvvəl də demişdim, bizdə əhalinin 97 faizi bu virusu simtompsuz keçirir. Allaha şükür, mən də simtompsuzlar sırasındayam".