Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qoşunlarının komandanı Sergey Nayev Donbasda atəşkəs rejiminin başlanması ilə bağlı əmr imzalayıb.
Qaziler.az Unian.net-ə istinadən xəbər verir ki, bu barədə iyulun 27-də Birgə Qüvvələr Əməliyyatının Mətbuat mərkəzi “Facebook” səhifəsində məlumat verib:“Üçtərəfli Əlaqə Qrupunun 22 iyul 2020-ci il tarixli qərarına əsasən, Birləşmiş Qüvvələr Komandanlığı 26 iyul 2020-ci ildə atəşkəsin tam və hərtərəfli yerinə yetirilməsi ilə bağlı əmr verildiyini elan edib”.
Birləşmiş Qüvvələr Komandanlığı atəşkəs əmrinin Üçtərəfli Əlaqə Qrupu tərəfindən müəyyən edilmiş tədbirlərə uyğun olduğunu və 27 iyul 2020-ci ildə, saat 00:00-dan etibarən qüvvəyə mindiyini təsdiqləyir.